Türkiyədə aparılan araşdırmaya əsasən, il ərzində ölkədə ən çox seyr edilən filmlərin ilk onluğunun siyahısı hazırlanıb.
Hafta.az-ın “Beyazperde”yə istinadən yazdığına görə, 2 milyon 853 mindən artıq izlənmə sayı ilə “Rafadan tayfa, Qalaktik tayfa” filmi birinci olub. Siyahıda ikinci yeri 1 milyon 705 min izləyici sayı ilə “Oppenheimer”, üçüncü pilləni isə 1 milyon 609 min izləyici sayı ilə “Atatürk 1881 – 1919” (1-ci Film) tutub.
Siyahıda dördüncü yerdə 1 milyon 578 min izləyicisi ilə “FastX”, beşinci pillədə isə 1 milyon 419 mindən artıq izləyicisi ilə “Ölümlü Dünya 2” filmləri qərarlaşıb.
Bundan əlavə, altıncı yerdə 1,4 milyon izləyicisi ilə “Barbie”, yeddinci yerdə 1 milyon 148 min tamaşaçısı ilə “Müqəddəs Demijon 4”, səkkizinci pillədə 1 milyon 51 min izləyici kütləsi ilə “Con Uik 4”, doqquzuncu yerdə isə 817 min izləyicisi ilə “Çəkməli pişik: Son arzu” cizgi filmi yer alıb.
Siyahıda ilk onluğu 678 min tamaşaçı sayı ilə “İllegial Həyatlar” filmi bağlayıb.