Ulduz aktyor maraqla gözlənilən filmdən danışdı

09:35 23.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Hollivudun yüksələn ulduzu Cenna Orteqa “Beetlejuice 2”də canlandırdığı obraz haqqında məlumat verib.

Hafta.az-ın yazdığına görə, Orteqanın Maykl Keaton, Vinona Rider, Katerin O'Hara, Monika Bellucci və Uilyam Dafi ilə baş rollarda çəkildiyi davam filmində həm yeni, həm də ilk filmdəki personajlar bir araya gəlir.

65 yaşlı məşhur kinorejissor Tim Burtonun çəkdiyi filmin sentyabrın 6-da ekranlara çıxacağı gözlənilir.

“Vanity Fair”in Hollivud buraxılışına verdiyi müsahibədə Orteqa davam filmində Vinona Rayder obrazının qızı rolunu oynayacağını təsdiqləyib. 21 yaşlı aktrisa "Mənə nə qədər söz deməyə icazə verildiyini bilmirəm, amma mən filmdəki Lidiya Ditsin qızıyam, ona görə də bunu sübut edəcəyəm. Deyə bilərəm ki, film qəribədir, amma fərqli və gözlədiyiniz şəkildə deyil. Canlandırdığım Astrid və Lidiyanın münasibəti çox önəmlidir. Həm də həqiqətən qəribədir, çünki o vaxtdan bəri Lidiyanın həyatında baş verənləri birləşdiririk, məncə, bu, personajı sevən və onu yenidən görməkdən həyəcanlanan hər kəs üçün gözəl bir şeydir”, - o deyib.

Orteqa obrazı Astridin qot anası Lidiya ilə münasibətindən danışarkən belə davam edib: "Mən çəhrayı geyinmirəm və şənlik edən deyiləm. Amma anamın keçmişinə bir az reaktivəm".

Dits ailəsinin mirasını izləyən davam filmində Orteqanın canlandırdığı personajın Lidiya Ditsin qızı olduğu ehtimal edilirdi.

İlk filmdən 30 ildən çox keçdiyi üçün “Beetlejuice”nin bütün ulduzları nəzərəçarpacaq dərəcədə qocalıblar. Hazırda 52 yaşı olan Rayder 1988-ci ildə “Beetlejuice” filmi çıxanda cəmi 17 yaşında idi. Belə ki, tamaşaçılar onunla eyni yaşda olan Lidiyanı qızı ilə görmək tamaşaçılar üçün maraqlı və həyəcanlı olacaq.

Oskar qazanan ilk “Beetlejuice” filmində Maykl Kiton və Uinona Rayderlə yanaşı, həmçinin Alek Baldvin, Gina Davis, Katerin O'Hara, Ceffri Cons və Glenn Şadiks rol alıb.

Oxunma sayı 220