“Luther”in ulduzu İdris Elbanın baş rolda oynadığı “Hijack” döyüş serialının ikinci sezon üçün təsdiqlənib. Tamaşaçıları özünə cəlb edən gərgin serial Apple TV+-da görünməyə davam edəcək.
Hafta.az-ın yazdığına görə, keçən il iyunun 28-də Apple TV+-da nümayiş olunan 7 seriyalı mini-seriya Dubaydan Londona uçan təyyarənin qaçırılması və İdris Elbanın canlandırdığı korporativ danışıqçı Sem Nelsonun onları xilas etmək üçün peşəkar bacarıqlarından necə istifadə etməsindən bəhs edirdi.
Britaniyalı aktyor Elbanın rol aldığı “Hijack” filminin heyətində Nil Maskell, Eve Miles, Kristin Adams, Maks Bisley, Arçi Panjabi, Ben Miles və Keyt Fillips də var idi.
“Hijack”, hit komediya “Ted Lasso”dan sonra Apple-ın yayım platformasında ikinci ən çox baxılan serial olmağı bacarıb.
Əfsanəvi dedektiv "The Wire" filmi ilə də tanınan Elba serialın yeni bölümləri üçün bəyənmə aldıqdan sonra verdiyi açıqlamada "Birinci sezondan sonra tamaşaçıların sıx reaksiyaları məni heyrətə gətirdi" deyərək, "Nə olacaq, Sem Nelsonun başına gələcək bir sirrdir, amma sizi əmin edə bilərəm ki, dinamizmi geri qaytaracağımıza zəmanət verirəm!” əlavə edib.
Serialın çəkilişindən sonra rəylər əsasən müsbət olub. "Rotten Tomatoes" adlı icmaltoplama saytında 100 baldan 88 yüksək bal toplayan triller "Real-vaxt sürətindən istifadə edərək, “Hijack” parlaq, həm də təsirli trillerdir" olaraq xarakterizə edilib.
“Hollywood Reporter”un tənqidçisi Anci Xan da yazıb ki, birgə yaradıcı Corc Kay və Cim Field Smit "gərginliyi ləzzətli qeyddə saxlayırlar".
Təyyarəni bütöv halda yerə endirməyə çalışan sərnişin obrazını canlandıran İdris Elbanın “aksiyanı canlı tutan əsl ulduz” olduğu bildirilib və aktyorun ifası təqdir edilib.
Sosial mediadan aktiv şəkildə istifadə edən, 7 milyondan çox izləyicisinə seriallar, kitablar və filmlər tövsiyə edən əfsanəvi qorxu yazıçısı Stiven Kinq də “Hijack”i dəstəkləyib.
“Dünyanın hər yerindən tamaşaçılar İdrisin “Hijack” filmindəki heyrətamiz performansını izləyirdilər və biz eyni dərəcədə cəlbedici ikinci mövsüm üçün “60Forty” və “Idiotlamp” prodüserləri ilə yenidən işləməkdən məmnunuq” deyib Apple TV+ Avropanın Kreativ Direktoru Jay Hunt.