Hörmətli cənab İlham Əliyev.
Bu gün dünyanı iflic vəziyyətinə salan koronavirus pandemiyası bir çox ölkələrdə xof və qorxu yaradıb. Amma yaşadığımız rayonun sakinləri adından deyə biləm ki, məhz Sizin sayənizdə biz bu qorxunu yaşamırıq.
Biz Sizə güvənirik, Sizə arxayınıq. Heç vaxt xalqını çətin vəziyyətdə qoymayan, ən sadə vətəndaşını düşünən və qayğısına qalan Prezidentimizə inanırıq. Siz ölkəmizin vətəndaşlarına daim həm maddi, həm də mənəvi dayaq olmusunuz. Ulu öndərimiz Heydər Əliyev də, Siz də daim xalqımızın xilaskarısınız.
Sizin “Biz birlikdə güclüyük”, “Biz birlikdə qalib gələcəyik” çağırışlarınız bizim üçün çox əhəmiyyətlidir.
Mən təqaüddə olan bir müəllim kimi pensiyaçılar adından Sizə və ailənizə dərin təşəkkürümü bildirirəm. Yaşasın, Azərbaycan! Yaşasın, bizim Prezidentimiz!
Dərin hörmətlə,
Kərimov Kərim Şükür oğlu.
Azərbaycan Respublikası, Kürdəmir rayonu, Sor-Şor kəndi.