Van Qoqun əsəri rekord məbləğə satıldı

18:21 11.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Nyu-Yorkda Christie's hərracında holland rəssam Vinsent van Qoqun "Sərvlərlə əhatə olunmuş meyvə bağı" tablosu bu rəssam üçün rekord məbləğə çəkic altına düşüb. “The Art Newspaper”in məlumatına görə, “Microsoft” şirkətinin həmtəsisçisi Pol Allenin kolleksiyasından olan rəsm əsəri 117 milyon dollara satılıb.

Bundan əvvəl Vanqın hərracda satılan ən bahalı tablosu “Doktor Qaçetin portreti”nin versiyalarından biri idi – 1990-cı ildə yapon iş adamı bunun üçün 82,5 milyon dollar ödəmişdi.

Allenin sənət kolleksiyası hərrac tarixinin ən bahalı şəxsi kolleksiyası olub. 60 lot 1,5 milyard dollara satılıb.

Hərracda ən böyük satış 149,2 milyon dollardan çox qiymətə satılan Seuratın Les Poseuses, Ensemble (Kiçik versiya) əsəri olub ki, bu da fransız rəssamın əsəri üçün əvvəlki rekorddan təxminən beş dəfə çoxdur.