“Waterloo” kompozisiyası “Eurovision” tarixində ən yaxşı mahnı seçilib

14:31 18.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Britaniyalı televiziya tamaşaçıları “Eurovision” müsabiqəsi tarixində ən gözəl mahnının adını müəyyən ediblər. Qalibin adı koronavirus pandemiyası səbəbindən ləğv olunan müsabiqənin yayımının əvəzində ekranlara çıxan “Eurovision: Come Together” proqramının efirində açıqlanıb.

Səsvermənin nəticələrinə əsasən, ABBA qrupunun “Waterloo” kompozisiyası müsabiqə tarixində ən yaxşı mahnı seçilib. İsveç qrupu bu mahnını 1974-cü ildə İngiltərənin Brayton şəhərində keçirilən Eurovision müsabiqəsində ifa etmişdi.

Kompozisiya ekranlara çıxdığı andan etibarən müxtəlif ölkələrin hit-paradlarında ilk yerləri tutmuş, bütün dünyada 6 milyon nüsxə ilə yayılmışdı.

“Eurovision-2020” mahnı müsabiqəsi may ayının ortalarında Roterdam şəhərində keçirilməli idi. Lakin Avropa Yayım Şurası koronavirus pandemiyası səbəbindən müsabiqəni ləğv edib və təşkilatçılar onun əvəzində online-şou keçirib.

Oxunma sayı 192