“WhatsApp”da videozənglər zamanı musiqi də dinləyə bilərsiniz

13:29 22.12.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“WhatsApp”a videozənglər zamanı eyni vaxtda musiqi dinləmə funksiyası əlavə edilib.

Hafta.az-ın məlumatına görə, yeni funksiyadan yalnız videozənglərdə istifadə oluna bilər.

Hələlik sözügedən funksiya hazırda sınaq mərhələsindədir. Odur ki, funksiyanın bütün istifadəçilər üçün nə zaman əlçatan olacağı hələlik məlum deyil.

Qeyd edək ki, 180-dən çox ölkədə 2 milyarddan çox insan istənilən vaxt və hər yerdə dostları və ailəsi ilə əlaqə saxlamaq üçün "WhatsApp"dan istifadə edir. "WhatsApp" ödənişsizdir və bütün dünyada telefonlarda mövcud olan sadə, təhlükəsiz, etibarlı mesajlaşma və zəngetmə xidmətlərini təklif edir.