Xaçmazda ölümlə nəticələnən yol qəzası olub

12:50 05.02.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xaçmazda ölümlə nəticələnən yol qəzası olub.

Hafta.az apa-ya istinadən xəbər verir ki, Gəndov-Yalama yolunun Xaçmaz rayonu, Çarxı kəndi ərazisindən keçən hissəsində 1991-ci il təvəllüdlü Vahabzadə Nurlan İkram oğlu idarə etdiyi “VAZ-21063” markalı avtomobil ilə Yalama istiqamətində yolu keçən piyada 1962-ci il təvəllüdlü Cəfərov Rahid Dadaşbala oğlunu vurub.

Rahid Cəfərov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Oxunma sayı 98