Xaçmazda yeni KOB mərkəzi açılacaq

15:44 23.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xaçmazda yeni KOB mərkəzi açılacaq.

Bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov ərzaq təhlükəsizliyinin cari vəziyyəti və perspektivlərinə həsr olunmuş biznes forum zamanı deyib.

O bildirib ki, bu il Xaçmazda dövlət mexanizmlərinin tətbiqi vasitəsilə sahibkarların ticarət bazarına çıxmasına kömək edəcək KOB dəstək mərkəzinin açılması planlaşdırılır.