Xalq artisti vəfat etdi 

12:02 06.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tanınmış baletmeyster, Xalq artisti Rəfiqə Axundova vəfat edib.

 

Hafta.az xəbər verir ki, o, 92 yaşında dünyasını dəyişib.

Xalq artistinin İkinci Fəxri Xiyabanda dəfn ediləcəyi bildirilir.

 

Rəfiqə Axundova 1951-ci ildə Bakı Xoreoqrafiya Məktəbini bitirib. Azərbaycan Opera və Balet Teatrının solisti olub (1951–1971). 1971-ci ildən həmin teatrın baletmeysteri, 1990-cı ildən baş baletmeysteri kimi çalışıb.
O, bir sıra balet əsərlərinə quruluşunu verərək tamaşaya hazırlayıb. Əlcəzair, İsveç, Misir və Belçikada pedaqoq-baletmeyster işləyib. 

Rəfiqə Axundova baletmeyster Maqsud Məmmədovun həyat yoldaşıdır.

Allah rəhmət eləsin.