Yakutiyada dünyanın ən qədim alması tapılıb

14:35 09.03.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Dünyanın ən qədim almasının Rusiya Federasiyasının tərkibində olan Yakutiya Respublikasında olduğu bildirilir.

Hafta.az-ın Rusiya mediasına istinadən yazdığına görə, alimlər Yakutiyada tapılan 3,6 milyard illik almazın dünyada məlum olan ən qədim almaz olduğunu müəyyən ediblər. Bildirilib ki, "Udaçnaya kimberlit" borusundan tapılan almaz 0,3 millimetrdir.

Qeyd edək ki, "Udaçnaya" Rusiyanın ən böyük almaz yatağıdır.

Geoloqlar daha əvvəl Rusiyanın şərq ucunda - Kamçatka yarımadasındakı Tolbaçik vulkanında unikal almaz tapmışdılar.

Yeni növ almazların maqmanın əriməsi zamanı deyil, vulkanik qazların təzyiqi və ildırımın təsiri altında baş verən kristallaşma şoku altında əmələ gəldiyi izah edilib.