"İndi müğənnilər efirə çıxmaq üçün əksər hallarda bizdən pul tələb edirlər".
Hafta.az-ın məlumatına görə, bu harədə Xəzər Media Mərkəzinin Baş direktoru, Xalq artisti Murad Dadaşov Bakıda keçirilən Musiqi Forumunda panel müzakirəsi zamanı deyib.
Murad Dadaşovun sözlərinə görə, televiziya kanalının əsas gəliri reytinqdəndir:
"Açıq deyim ki, əvvəllər ifaçılar efirə çıxmaq istəyəndə ödəniş təklif edirdilər, ancaq indi əksər hallarda bunu istəyirlər. Biz bilirik ki, telekanal olaraq maarifləndirməliyik. Amma ay sonu "Xəzər TV"nin 600-ə yaxın işçisinə maaş verməliyəm. Başa düşürəm ki, maarifləndirməliyik. Amma tələb olunan, insanların baxmaq istədiyi təəssüf ki, bu deyil. Bəli, deyirəm ki, biz yaxşı yaradıcı verilişlər edəcəyik, amma sizi inandırıram onlara heç kim baxmayacaq".