YARAT kino və biznes arasında “körpü” yaradacaq

11:13 10.12.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Kino sənayesi, unikal hekayə yaratmaq üçün birlikdə çalışan yaradıcı insanların böyük ailəsidir. Ancaq ailədə həll edilməli olan problemlər çoxdur.

Yerli biznesin kino sənayesi haqqında məlumatı varmı? Yerli kinonun mənfi imicinin yaranmasının səbəbi nədir? Biznes və kino arasında körpü yaratmaq üçün nə etmək lazımdır? Bu suallara dekabrın 16-da YARAT Müasir İncəsənət Mərkəzində “Kino və biznes: Körpülər” mövzusunda keçiriləcək müzakirədə aydınlıq gətiriləcək.

Bu barədə hafta.az-a YARAT-dan məlumat verilib.

“Tədbir Azərbaycan Kinematoqrafçılar İttifaqı ilə birgə təşkil olunacaq. Moderatoru Sevda Sultanova olan müzakirə Azərbaycan dilində aparılacaq”, - deyə qeyd edilib.