Yeni aksiya komediyası Netflix-in siyahısında birincidir

10:42 15.03.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qay Ritçinin "The Gentlemen" adlı komediya filmi Netflix-də yayımlandıqdan qısa müddət sonra fırtına coşdurub.

Hafta.az-ın “Screen Rant”a istinadən yazdığına görə, 55 yaşlı Ritçinin eyni adlı filminin spin-offu olan “The Gentlemen” ailəsindən miras qalan malikanənin marixuana imperiyasının mərkəzi olduğunu kəşf edən Eddi adlı aristokrat haqqındadır.

“The Gentlemen” filmində baş rolları Teo Ceyms, Kaya Skodelario, Daniel İnqs, Coli Riçardson və Vini Cons canlandırıb.

Aksiyonu komediya ilə birləşdirən serial Netflix-in qlobal top 10 siyahısına daxil olmağı bacarıb. “The Gentlemen” 4-10 mart həftəsində 12,2 milyon baxışla ilk sezonu ilə zirvəyə yüksəlib. Martın 7-də premyerası olan serial cəmi üç gün ərzində bütün rəqiblərini geridə qoymağı bacarıb.

İkinci yerdə 9,1 milyon baxışla “Avatar: The Last Airbender” qərarlaşıb. “The Program: Cons, Cults, and Kidnapping” isə ən çox baxılan seriallar siyahısında üçüncü yerdə qərarlaşıb. İllər əvvəl təhsil almağa göndərildiyi sərt məktəbdə oxuduqlarını hələ də unuda bilməyən bir qadından bəhs edən sənədli film 7,1 milyon dəfə izlənilib.

Axın platformasındakı uğurundan əlavə, “The Gentlemen” da tənqidçilərdən çox müsbət rəylər alır.

“Rotten Tomatoes” icmal saytında seriya 100 baldan 69 bal toplayıb. Bu xal 2019-cu il filminin əldə etdiyi 75 baldan aşağı olsa da, serial üçün müsbət rəylərin olduğunu göstərir.

Xüsusilə Ritçini sevən kinosevərlərdən rəğbətlə qarşılanan serialın tamaşaçı balları daha yüksəkdir: 100-dən 84.

Kino və televiziya yazarları bildirirlər ki, “The Gentlemen” 2019-cu il filminin hekayəsini təkmilləşdirir, ona görə də ikinci sezon variantı hekayə baxımından son dərəcə mümkündür.

Serialın icraçı prodüseri Mark Helvig “Deadline”a bu yaxınlarda verdiyi müsahibədə komandasının ikinci mövsüm üçün beyin fırtınasına başladığını söyləyib.

Helviq serialın davamının ilk sezonun performansından və aldığı reaksiyalardan asılı olacağını bildirib: “Söhbət etdiyimiz bəzi yazarlar var, Guy ilə ikinci sezonda nə etmək istəyə biləcəyi barədə çox danışdıq. İlk mövsümün işləməsi lazımdır, sonra daha çox şey biləcəyik. Amma ikinci mövsümün necə olacağı ilə bağlı da artıq aktiv müzakirələr gedir".