Yeni elmi fantastika 115 milyon saat izlənilib

09:57 06.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Game of Thrones”un yaradıcıları David Benioff və D.B. Uaysin yeni elmi-fantastik seriyası olan “3 Body Problem” ikinci həftəsində Netflix qrafiklərinin zirvəsinə yüksəlib.

Hafta.az-ın yazdığına görə, serial Benioff və Uaysin 2019-cu ildə “Game of Thrones” filmi bitdikdən sonra ilk böyük layihəsidir.

Mürəkkəb elmi fantastika dünyasında qurulan “3 Body Problem” Yerin varlığına yadplanetli təhlükəni araşdıran bir qrup alimdən bəhs edir.

Netflix 25-31 mart həftəsinin ən çox baxılan siyahısını paylaşıb. Keçən həftə ikinci yeri tutan və birinci yeri bölüşən “3 Body Problem” birinci yerdə qərarlaşıb.

Məlumatlara görə, elmi fantastika 115,6 milyon saat izlənilib. Həftə ərzində cəmi 15,6 milyon dəfə izlənilən “3 Body Problem”, “Testament: The Story of Moses” və “The Gentlemen” kimi serialları geridə qoyub.

“3 Body Problem” Türkiyə, Belçika, Avstriya, Fransa, Almaniya, Kanada, Argentina və Portuqaliya kimi toplam 38 ölkədə ən çox izlənilən ingilis serialları siyahısında birinci olub.

Martın 21-də premyerası olan serial Cixin Liunun 2008-ci ildə yazdığı romanı əsasında çəkilib. Mükafat qazanan roman 1960-cı illərdə çinli alimin verdiyi qərarın nəticələrindən bəhs edir.

Serialda Benedikt Vong, Cess Hong və Eyza Qonzales kimi aktyorlarla yanaşı, Conatan Pric, Liam Cunningham və Con Bradley kimi bir çox “Game of Thrones”nın ulduzları da rol alıb.

“Wall Street Journal”ın məlumatına görə, serialın ilk sezonunda hər seriyasının qiyməti təxminən 20 milyon dollardır. Bu o deməkdir ki, Netflix “3-Body Problem”in 8 seriyalı birinci sezonuna 160 milyon dollar xərcləyib.

Oxunma sayı 232