Yeni yapon dramı 100 xalla Netflix-də birincidir

11:38 26.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Netflix-in yeni Yapon kriminal dramı “House of Ninjas” ən çox baxılan seriallar siyahısına yüksəlir.

Hafta.az-ın yazdığına görə, serial bir vaxtlar ninja qəbiləsi olan Tauvara ailəsini izləyir.

Dram və hərəkəti birləşdirən serial Netflix-in ABŞ və yapon qrafiklərinin zirvəsinə qalxaraq universal cazibədar olduğunu sübut edib.

Bir həftə əvvəl yayımlanan “House of Ninjas”, yayım platformasının qlobal ən çox izlənilən 10 istehsalı siyahısına ikinci yerdə girib. İkinci həftəsində siyahının ilk pilləsində yer alan Cənubi Koreya istehsalı olan “A Killer Paradox”dan sonra siyahının başında olan “House of Ninjas” 8 bölümdən ibarətdir.

Netflix, 16 yaşından kiçik tamaşaçılar üçün uyğun olmadığını bildirdiyi dramın süjetini qısaca belə xülasə edir: “Təhlükəli ninja klanı olduqları illəri geridə qoyan problemli ailə qaranlığa qədəm qoymağa məcbur olur".

Baxış siyahılarında uğur qazanmaqla yanaşı, serial həm də tənqidçilərdən və izləyicilərdən son dərəcə müsbət rəy alır.

Tənqid araşdırma saytı “Rotten Tomatoes”da 100-dən tam 100 bal alan serialın izləyicisi də 88 baldır.

Yaponiyanın ən çox baxılan serialı olan dram, ilk həftəsində 71 ölkədə ən çox baxılan seriallardan birinə çevrilməyi bacarıb. Yamayka və Nigeriyada da zirvədə olan serial Türkiyədə “One Day”, “Kübra”, “Griselda” ve “Rick and Morty”dən sonra 5-ci yerdədir.

“House of Ninjas” üçün rəylər serialın zövqlü və baxımlı olması ilə razılaşır.

Tənqidçilər serialı döyüş sənəti, ailə dramı, hərəkət və komediyanın cəlbedici qarışığı kimi təsvir edirlər. Aktyorlar həm də incə və güclü ifalarına görə yüksək qiymətləndirilir.

Yapon mədəniyyətinə də işıq salan serial mədəni və tarixi aspektləri dərindən araşdırmaqdansa, daha çox qanlı hərəkət səhnələri və ailə dinamikası üzərində dayanır.

Oxunma sayı 123