“Yoxsulluq səviyyəsi 21,3 faizdən 9,4 faizə düşüb” – Baş nazir

16:21 23.02.2026 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Vətəndaş iki dəfə çox gəlir vergisi ödəyirsə, bu o deməkdir ki, onun gəliri də iki dəfə artıb. Nəticə etibarilə, iqtisadi artım vətəndaşlara əks olunur, buna görə də yoxsulluq səviyyəsi 21,3 faizdən 9,4 faizə düşüb”.

Hafta.az yazır ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

Hökumət başçısı qeyd edib ki, iqtisadiyyat 2020-ci ildən 50 milyard lari səviyyəsindən 104 milyard lariyə qədər yüksəlib.

“Dünya Bankı ilə uyğunlaşdırılmış metodologiyaya görə, 2020-ci ildə yoxsulluq səviyyəsi 21,3 faiz idi, indi isə 9,4 faizdir. Vətəndaş iki dəfə çox gəlir vergisi ödəyir və bu o deməkdir ki, onun gəliri də iki dəfə artıb. Nəticə etibarilə, iqtisadi artım vətəndaşlara əks olunur. Bu həmçinin biznesin dövriyyəsində, investisiyalarda və sair sahələrdə də öz əksini tapır. Nəticədə, dəqiq məlumat var ki, Gürcüstanda irəliləyiş var. Lakin təəssüf ki, hələ də 350 min insan yoxsulluq səviyyəsinin altındadır və əsas məqsədimiz bu göstəricini sıfırlamaqdır”, – baş nazir bildirib.

Hökumət başçısı Vaşinqtonla əməkdaşlıqdan da söz açıb. “Bizim ABŞ-la strateji tərəfdaşlığı yenidən canlandırmaq istəyimiz var” deyən İrakli Kobaxidze bildirib ki, Gürcüstan parlamenti nümayəndə heyətinin ABŞ-a dəvət olunması çox önəmlidir.

“Biz hələ də səbrlə münasibətlərin yenidən canlanmasını gözləyirik. Optimizi qoruyuruq və buna imkan verən görüşlər oldu, o cümlədən Milan Olimpiya Oyunlarının açılışı zamanı baş tutan görüşləri nəzərdə tuturam: bir tərəfdən, prezidentimiz və xarici işlər naziri, digər tərəfdən də ABŞ-ın vitse-prezidenti və dövlət katibi arasında. Bütün bunlar optimizmi qoruyur. Əlbəttə, parlament formatı da çox önəmlidir. Bizim ABŞ-la strateji tərəfdaşlığı yenidən canlandırmaq istəyimiz var,” – baş nazir vurğulayıb.