Yük avtomobili piyadanı vurub ÖLDÜRDÜ

09:21 08.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hafta.az xəbər verir ki, Orxan Xuduyevin idarə etdiyi yük avtomobili yolu keçən piyadanı vurub.

Hadisə nəticəsində piyada aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma başladılıb.