Zəngilan və Qubadlı rayonları üzrə çöl ölçmə işləri yekunlaşıb

14:01 20.02.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2022-ci ildə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 568 min 462 hektar ərazidə çöl ölçmə işləri aparılıb və bunun 389 min 109 hektarı işğaldan azad olunmuş ərazilərimizi əhatə edib.

Hafta.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.

Nazir bildirib ki, Zəngilan və Qubadlı rayonları üzrə bu istiqamətdə işlər yekunlaşdırılıb və müvafiq kadastr sistemlərinə miqrasiya olunub.