“Səkizinci kilometr” bazarında satıcılar karantin rejiminə əməl etmirlər - REPORTAJ  

15:56 14.05.2020 Müəllif:Qələndər Xaçınçaylı
Yazını böyüt
Yazını kiçilt

Ölkəmizdə karantin rejimi yumşaldılıb. Lakin bu o demək deyil ki, COVİD-19  xəstəliyinə insanlar yoluxa bilməz. Xəstəliyin əhali arasında yayılmaması üçün hər bir insan gigiyenik qaydalara əməl etməli, bir-biri ilə ara məsafəsi saxlamalı və  qoruyucu vasitələrdən mütləq istifadə etməlidirlər. Bəs görəsən, paytaxtda kənd təsərrüfatı məhsullarının satışı bazarlarında karantin rejiminin qaydalarına necə əməl edilir?

Bu dəfə Bakının ən böyük bazarı olan “Səkkizinci kilometr” bazarına üz tutduq  Bazarda çörək və lavaşlar salafana qoyulmadan açıq havada satılırdı.  Burada alıcı çox olduğu üçün ara məsafələrdən sərbəst hərəkət etmək olmurdu. Bazarın içi təmiz və səliqəlidir. Amma əksər alıcı və satıcılar gigiyenik qaydalara əməl etmirdilər. Satıcılar əlcək və qoruyucu maska taxmırlar. Heç kim də bu qaydalara mütləq riayət olunmasını tələb etmirdi.

Mehman adlı satıcı maskadan və  əlcəkdən istifadə etməyini söyləyir. Ən çox alça, çiyələk satır. Niyə maskadan istifadə etmədiyini soruşduqda isə sadəcə gülümsəyərək başını aşağı salır. 

Rövşən adlı digər satıcı da da maska və əlcək yoxdur. Onun da sualımıza reaksiyası həmkarından fərqlənmir. Bir-iki nəfəri çıxmaq şərti ilə bütün satıcılar karantin rejiminə əməl etmirdilər. Qoruyucu maskalardan istifadə olunmur. Onlardan bunu tələb edəndə isə əksəriyyət bu xəstəliyin varlığına şübhə ilə yanaşdığını söyləyirlər. Digərləri maskalarının olduğunu və ondandan istifadə edəndə havalarının çatmadığını deyirlər.

Ət və ət məhsulları satılan  sahəyə də getdik. Ət satan qəssabların da heç biri  qoruyucu maskadan və əlcəkdən istifadə etmirdilər. Çörək  və lavaşların niyə açıq satıldığını, qablaşdırılmadığını soruşanda isə satıcılar bunun onlara baha başa gəldiyini deyirlər.

Xatırladaq ki, “8-ci kilometr” bazarı üç yerə bölünüb. Yəni bazarın üç sahibi var.

Girəcəkdəki bazarın mühasibi Nazim bəy “Həftə içi”nə  bazarda aparılan təmizlik işlərindən danışdı. Onun sözlərinə görə, hər axşam, yəni bazar bağlanandan  sonra təmizlik və dezinfeksiya işləri aparılır:

”Hətta dərman peraparatlarını, aparat, eynək və kostyumuna kimi özümüz almışıq və hər axşam işçilərimiz tərəfindən bazarın ərazisini dezinfeksiya edirik. Hətta satıcılara maskanı da özümüz alıb paylamışıq. Ehtiyat halında maskamız var. Gəlib pulsuz götürüb istifadə edə bilərlər.  Biz satıcılardan ancaq yer haqqını tələb edə bilərik. Onları məcbur edib deyə bilmərik ki, niyə maska taxmırsınız? Bu bizim səlahiyyətimiz xaricindədir. Sadəcə bu haqda satıcılara tövsütə edə bilərik. Alıcılar da çoxdur. Əksəriyyətində də maska yoxdur. Əlbəttə bu olduqca təhlükəlidir. Bunun  üçün bir mexanizm, dövlət nəzarəri olmalıdır. Maskadan istifadə etməyən insanlara qarşı ciddi ölçü götürülməlidir. Bizim də elə bir səlahiyətimiz yoxdur. Amma TƏBİB-in verdiyi göstərişlərə, karantin rejiminə uyğun olaraq əlimizdən gələni edirik. Bazarın içərisində də gördüyünüz kimi səliqə-səhman özünü göstərir”.

Digər bazarların sahiblərini və məsul şəxslərini isə tapa bilmədik.

Oxunma sayı 107