"Avroviziya 2023"dəki mahnısı bu gün nümayiş olunacaq

14:58 13.03.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın "Avroviziya 2023" Beynəlxalq Mahnı Yarışmasındakı mahnısı və klipi bu gün saat 19:00-da nümayiş olunacaq.

Bunu hafta.az-ın sorğusuna cavab olaraq, İctimai Televiziyadan bildiriblər.

Qeyd olunub ki, mahnının adı "Tell me more"dir.

Xatırladaq ki, ölkəmizi bu il müsabiqədə TuralTuranX dueti təmsil edəcək.

Müsabiqə 9-13 may tarixlərində Böyük Britaniyanın Liverpul şəhərində keçiriləcək.