"Bir şeyi anlamalıyıq ki, bu virusu allahsız alimlər yaradıb" - Əməkdar artist

14:45 09.04.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

"Evdəyəm, toyuqları yemləyirəm. Həyətdə işləyirəm. Tələblərimə onlayn diksiya dərsi verirəm. Kinoaktyorluq tələbələri və estrada fakültəsinin 2-ci kurs tələbələri üçün dərs verirəm. Kitablar oxuyuram. Boş qalmıram. Darıxmağa vaxt qalmır. Evdən bayıra ancaq həyətə düşürəm. Ev işlərində xanımıma kömək edirəm. "Komandir"di də, sözündən çıxmaq olmaz".

Bunu hafta.az-a açıqlamasında tanınmış qiraətçi, Əməkdar artist Ağalar Bayramov deyib.

Əməkdar artist xüsusi karantin rejiminin onu darıxdırmadığını bildirib:

"Yoldaşım Şamama xanım Azərbaycan dili və ədəbiyyat müəllimidir. O da şagirdləri üçün onlayn dərslər keçir. Gəlinim isə həkimdir. Hər gün işə gedib-gəlir. Facebookda maraqlı və yarızarafat və yaradıcı şeirlər paylaşıram. "Nətərsizaa şeirim?"i sosial şəbəkələrdə 800 nəfər paylaşmışdı. İnsanlardan məktub alıram. Bu karantin günlərində mənə ümid yeri kimi baxırlar. Insanalara onu demək istəyirəm ki, evdən bayıra çıxmamaq üçün bayıra çıxmasınlar. Bir şeyi anlamalıyıq ki, bu virusu allahsız alimlər yaradıb. İçlərində insan sevgisi olan elm adamları da bu virusun öhdəsindən gələcək. Ona qədər bayıra çıxmamalıyıq. Bayıra çıxanlar cəzalanmalıdır. Özümüzə qarşı məsuliyyətli olmalıyıq".