"John Wick 4" filminin rejissoru Çad Stahelski bildirib ki, filmin alternativ sonluğu var və tamaşaçılar bunu bəyənmirlər.
Hafta.az-ın yazdığına görə, Stahelski "The Hollywood Reporter"ə bildirib ki, alternativ sonluq test nümayişində tamaşaçılara təqdim olunub. Nümayişin bir qədər “səliqəsiz” keçdiyini bildirən rejissor: "O, dəfn səhnəsini başqa cür edirdi. İstədik ki, bir az daha sirli olsun. Ona görə də axırda it küçüyünün yuxarı baxdığını görürsünüz".
Stahelski alternativ sonluq haqqında ətraflı məlumat verməsə də, tamaşaçıların bundan təsirlənmədiyini bildirib: "Biz sınaq nümayişi keçirdik və tamaşaçılar yeni sonluqdan çox narazı qaldılar. Beləliklə, orijinal sonluqda uğur qazandığımızı düşündük".
54 yaşlı rejissor filmin orijinal sonluğunun da yer aldığı sınaq nümayişində reaksiyaların çox müsbət olduğunu da vurğulayıb.
Martın 22-də nümayiş olunan "John Wick 4" 28 mart tarixinə dünya üzrə təxminən 153 milyon dollar gəlir əldə edib.