Azərbaycanda koronavirusa qarşı mübarizə, xalqımızın sağlamlığının qorunması, rifahının təmin edilməsi ilə bağlı Prezident İlham Əliyevin gördüyü işlərə görə ona minnətdarlıq məktubları yazan vətəndaşlarımız arasında dövlətdən bu çətib günlərdə dəstək alan sahibkarlar da var.
Onlardan biri də, Tərtər rayon sakini “ELŞƏN” MMC-nin direktoru Əliqulu Bayramovdur.
- Hörmətli cənab Prezident.
Siz bu ağır günlərdə ölkəmizin vətəndaşları ilə birlikdə olur, onlara lazımi kömək göstərirsiniz. COVID-19 pandemiyasının bütün dünyanı bürüdüyü bir vaxtda vətəndaşların qayğısını çəkərək, onlardan öz dəstəyinizi əsirgəmirsiniz. Dövlət tərəfindən əhali üçün bir sıra güzəştlər edilir, ona maddi dəstək göstərilir. Xalqın həyat şəraiti, rifahı, sosial vəziyyəti diqqətdə saxlanılır.
Çox hörmətli Prezidentimiz, bir sahibkar, bir vətəndaş olaraq sahibkarlara, eləcə də bütün vətəndaşlara göstərdiyiniz yüksək qayğıya görə Sizə minnətdaram. Əminik ki, Sizin rəhbərliyiniz və səyləriniz sayəsində xalqımız tezliklə bu bəladan xilas olacaqdır.
Hörmətlə,
Bayramov Əliqulu, “ELŞƏN” MMC-nin direktoru