"Uçan xalça" sərgisi dünyanın diqqətini 22-ci dəfə Ciddəyə çəkdi

09:30 30.03.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İordaniya krali II Abdullahın xanımı kraliça Ranya əl-Abdullahın iştirakı, şahzadə Adilə bint Abdullah bin Əbdüləzizin rəhbərliyi ilə keçirilən “Uçan xalça” sərgisi 22-ci ilində yenidən öz qapılarını ziyarətçilərinin üzünə açıb. “Ciddə: Yaxşılığı əbədi qalır” şüarı ilə keçirilən builki sərgi yerli, ərəb və beynəlxalq arenadan 15-dən çox ölkə və 170-dən çox təşkilatın iştirakı ilə 6 gün davam edəcək.

Hafta.az-ın yazdığına görə, kraliça Ranyanın iştirakı ərəb və İslam dünyasının ən mühüm xeyriyyəçilik marketinq platformalarından olan “Evdə sağlamlığa qulluq üzrə Milli Xeyriyyə Fondu (NHHCF)” tərəfindən təşkil edilən “Uçan xalça” sərgisinin böyük uğurunun təsdiqidir.

NHHCF Qəyyumlar Şurasının sədri şahzadə Adilə bint Abdullah bin Əbdüləziz kraliça Ranya bint Abdullahın iştirakını Səudiyyə Ərəbistanındakı xeyriyyəçilik fəaliyyətlərində dəstəkləyici iştirak kimi qiymətləndirib. Bundan əlavə, o, “Küləyin kəpənəyi” sərgisinin açılışında iştirakının bu sektorun əhəmiyyəti və fəaliyyətlərin dəstəklənməsindəki rolu ilə bağlı mesaj daşıdığını bildirib və kraliça Ranyanın inkişafı dəstəkləməsi ilə tanındığını qeyd edib.

Şahzadə Adilə "Uçan xalça" sərgisinin son 22 il ərzindəki uğurunun arxasında iştirakçıların əl işlərinin istehsal keyfiyyəti və təqdim etdikləri işlərin olduğunu söyləyib. O, həmçinin BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının qaçqınların təklif etdiyi əl işlərində iştirakını yüksək qiymətləndirib.

“Uçan xalça” sərgisindəki məhsullar müxtəlif ölkələrdən, eləcə də Səudiyyə Ərəbistanından dəbdəbəli məişət əşyaları, tekstil, ətriyyat və nəfis əl işlərindən ibarətdir.

Misirdən əl istehsalı tekstil məhsulları ilə gələn Jokelin əl-Huli bu məhsullarla Misir mədəni irsinin qorunub saxlanmasına dair mesaj verdiyini söyləyib. O, məhsulların bu sənətlə tanınan Siva, Müqəddəs Yekaterina və Yuxarı Misir bölgələrində əl işləri və naxışlarla kətan və pambıq parça üzərində hazırlandığını bildirib. 

Livandan gələn Ranya Yacan "Uçan xalça" sərgisinə Ramazan ayında geyilə bilən cellabi və kaftan kimi məhsullarla, bayramda geyinilə bilən paltar, şalvar kimi məhsullarla qatılmağı seçib. 

Sərginin iştirakçıları Səudiyyə Ərəbistanının ən böyük və ən məşhur sərgilərindən biri olan bu tədbirdə hər il iştirak etməyi səbirsizliklə gözləyirlər. 17 ildir sərgidə iştirak etmək istəyən livanlı Fatma Bisat ziyarətçilərin axtardığı ikona çevrilib. Sərgiyə dəvət olunmasından qürur duyan Fatimə Bisat "Səudiyyəlilər sənətkardır və müxtəlif əl işlərini yüksək qiymətləndirirlər" deyib.

NHHCF fondu tərəfindən 2000-ci ildən bəri hər il Ciddədə keçirilən sərgidən əldə olunan gəlir 1997-ci ildən Fondun həyata keçirdiyi xeyriyyə layihələrinin dəstəklənməsinə yönəldilir. “Superdome Ciddə” tədbir məkanında 22-ci dəfə keçirilən və hər il sənətkarları və ailələri bir araya gətirən sərgi Yaxın Şərq bazarında ən yaxşılardan biri olmaq məqsədi daşıyır.