İranın Azərbaycana qarşı qərəzli mövqe tutduğunu düşünənlər yanılır - PARTİYA SƏDRİ

15:20 16.08.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Bu gün Laçının boşaldılmasında Rusiya sülhməramlılarının  heç bir rolu yoxdur. Bu gün Laçında gedən proseslər məhz Azərbaycan Ordusu tərəfindən irəliyə aparılır.

Bu fikirləri hafta.az-a açıqlamasında Azərbaycan Xalq Sosialist Partiyasının sədri Rövşən Hüseynov deyib:

"Bu proses müəyyən zaman öncə razılaşdırılmış məsələdir. Putinin Ərdoğanla İranda görüşü və əldə olunan razılaşmalar da imkan verdi ki, növbəti proseslər yaransın. Əgər kimsə fikirləşirsə ki, İran bu prosesdə Azərbaycana qarşı qərəzli mövqe tutub, yanılır. Çünki artıq Rusiya, Türkiyə, həm də İran Azərbaycanı siyasi proseslərdə dəstəkləyir və çalışır ki, regionda ölkəmizə qarşı müsbət rol oynasın.  Bu prosesdə də Rusiya 44 günlük müharibədə olduğu kimi kənarda dayanacaq".

Oxunma sayı 4994
Siyasət rubrikasından digər xəbərlər