ABŞ kəşfiyyat agentlikləri Siqh təşkilatı olan Khalistan Liberation Force-nin (KLF) direktoru Hardip Singh Niccarın qətli ilə bağlı Kanada ilə kəşfiyyat məlumatı paylaşıb.
Hafta.az-ın “New York Times”a istinadən yazdığına görə, ABŞ-ın verdiyi kəşfiyyat məlumatı qətlin arxasında Hindistanın dayandığına dair sübutlar təqdim edərkən, Kanada kəşfiyyatı daha güclü dəlillər yığaarq hind diplomatların ölkədaxili danışıqlarını dinləyib.
Həmçinin bildirilib ki, Niccarın ölümünə qədər ABŞ kəşfiyyatının belə bir plandan xəbəri olmayıb.
Dünən ABŞ mətbuatında çıxan xəbərlərdə Kanada hökumətinin Hindistanla gərginliyə səbəb olan adıçəkilən Sıqh fəalının ölümünün "Hindistan diplomatları və rəsmiləri ilə əlaqəli olduğuna inanılan" dəlil əldə etdiyi bildirilib.
Hindistanın açıqladığı 40 terrorçunun adı olan siyahıya daxil edilən separatçı Siqh təşkilatı Khalistan Liberation Force (KLF) təşkilatının direktoru Hardip Singh Niccar iyunun 18-də Kanadada güllələnərək öldürülüb.
Kanadanın baş naziri Castin Trüdo Niccarın qətlinin arxasında Dehli hökumətinin olduğunu iddia edib.
2022-ci ildə Pəncabın Kalandhar şəhərində bir hindu ruhanisini öldürdüyünə görə Hindistan Milli İstintaq Agentliyi (NIA) tərəfindən axtarışda olan Niccar da KLF üzvlərini Hindistan əyalətinə qarşı öyrətmək, maliyyə dəstəyi vermək, sui-qəsd planları hazırlamaq və təşkilatı təhrik etmək kimi ittihamlarla üzləşib.
“Siqh ölkəsi” mənasını verən Xalistan ideyasını mənimsəyən təşkilat 1987-ci ildən Hindistanda hərbi və diplomatik hədəflərə hücumlar həyata keçirir və Rumıniyanın Yeni Dehlidəki müvəqqəti işlər vəkili Liviu Radu oğurlaması ilə tanınır.
Hindistan təşkilatın Pakistan tərəfindən dəstəkləndiyini və oradan silah yardımı aldığını iddia etsə də, təşkilatın İngiltərə, İspaniya və Malayziyadakı siqh diasporundan ianə topladığı məlumdur.
Təşkilat Hindistanın Pəncab əyalətindən başqa Pakistanın Pəncab, Xeyber Paxtunxva, Sind, Bəlucistan və Kəşmir bölgələrinin hamısını və ya bir hissəsini Xalistan olaraq görür.
Hindistan KLF-ni "terror təşkilatı" olaraq tanıyır.