Afrikanın ən yaxşı futbolçusu adına namizədlər

16:59 22.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu il Afrikanın ən yaxşı futbolçusu adına namizədlərin siyahısı açıqlanıb.

Hafta.az xəbər verir ki, siyahıda müxtəlif liqalarda çıxış edən 10 oyunçu yer alıb.

Bunlar Andre-Frank Zambo-Angissa (“Napoli” / Kamerun), Fiston Mayele (“Piramids” / Konqo), Məhəmməd Salah (“Liverpul” / Misir), Denis Buanqa (“Los Anceles” / Qabon), Seru Qirassi (“Borussiya Dortmund” / Qvineya), Əşrəf Hakimi (PSJ / Mərakeş), Usamma Lamliui (RSB / Mərakeş), Viktor Osimhen (“Qalatasaray” / Nigeriya), İliman Ndiaye (“Everton” / Seneqal), Pap Matar Sarrdır (“Tottenhem”, Seneqal).

Mükafat 1992-ci ildən Afrika Futbol Konfederasiyası tərəfindən təqdim olunur.

Ötən il mükafatı İtaliyanın “Atalanta” klubunun formasını geyinən Ademola Lukman qazanıb.