Aftandil İsrafilovun qızı: "Atamın vəziyyəti ağır olaraq qalır, reanimasiyadadır"

10:47 14.04.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xalq artisti Aftandil İsrafilovun vəziyyəti ağır olaraq qalır.

Bu barədə APA-ya sənətçinin qızı Həcər İsrafilova məlumat verib.

Onun sözlərinə görə, qarmon ustasının səhhətində irəliləyiş yoxdur.

"Həm ürəyində, həm ağciyərlərində problem var. Reanimasiyadadır. Vəziyyəti ağırdır", - sənətçinin qızı əlavə edib.