Məşhur aktyor Nikolas Keyc Drakula rolunu oynadığı yeni filmi “Renfild”də öz qanını içdiyini deyib.
Hafta.az-ın “Far Out” jurnalına istinadən yazdığına görə, Hollivud ulduzu ötən gün həmkarı Nikolas Houltla “Reddit”də “Məndən hər şeyi soruş” tədbirinə qatılıb. “Filmin çəkilişləri zamanı hər hansı əsl qan içilibmi” sualını cavablandıran Nikolas Keyc deyib ki, metod aktyorluğu, aktyorların oynadıqları obraz kimi yaşamağa çalışdıqları texnikadır. 59 yaşlı Keyc öz qanını metodikaya görə deyil, istifadə etdiyi dişlərə görə içdiyini deyib: “Dişlər orijinaldı. Keramika idi və olduqca uclu idi. Beləliklə, bir neçə dəfə dodağımı dişləyəndə öz qanımı içdim".
Drakulanın köməkçisi Renfild rolunu oynayan Hoult "Öz qanımın dadını çox bəyəndim".
Renfild Kris McKay-ın rejissor kürsüsündə oturduğu bir vaxtda ustası Drakula tərəfindən illərlə işgəncələrə məruz qalan, lakin ona sadiq olan xidmətçi Renfildin hekayəsindən bəhs edir. Absurd yumorla yanaşı, qan və hərəkətlərdən də istifadə olunan film aprelin 14-də ekranlara çıxacaq.