Argentinada Mendoza Şərab Məhsulu Festivalı (Vendimia Festivalı) hər il məhsulun toplandığını qeyd etmək və “yeni şərabı” hazırlamaq məqsədilə qeyd olunan ənənəvi festivaldan biridir. Bu bayram həm də ölkədə şərabla turizmi birləşdirən ilk böyük bağdır.

1936-cı ildən bəri Vendimia Festivalı şərabçıları, yerli sakinləri və minlərlə ziyarətçini Cuyo bölgəsində möhtəşəm şou üçün bir araya gətirir. Fevralın sonu və martın əvvəllərində Mendozada üzüm yığımına həsr olunmuş Vendimia Festivalı keçirilir. Şənlik təxminən bir həftə davam edir.
Bu festivalda yalnız yerli dadlı şərablar içilmir, həm də milli geyimlərdə yürüş, parad, müxtəlif tamaşalar və möhtəşəm şoular göstərilir.

Vendimia Kraliçası müsabiqəsi qeydetmənin vacib hissəsidir.
Qeyd edək ki, La Riojada da oxşar bayram var və tarixi Vendimia ilə üst-üstə düşür. Bu bayram daha kiçik və yığcamdır, lakin iştirak etmək çox maraqlıdır.
Bu arada, fevral və mart aylarında paytaxt Buenos Ayresdə də tanqo festivalı keçirilir.
Vendimia festivalı nədir? Bu bayramda dünyanın hər yerində olduğu kimi, əkinçi il boyunca çəkdiyi əziyyətinin bəhrəsini aldıqdan sonra şərabla təmsil olunan kulminasiya prosesini qeyd edir.

Bir maraqlı məqam da var ki, Vendimia festivalının Azərbaycanda qeyd olunan Novruz bayramı ilə bir çox bənzərlikləri və fərqləri var. Novruz bayramı köhnə ilin başa çatdığını və yeni ilin gəldiyini, günlərin uzandığını, eləcə də baharın - torpağın oyanışını, yeni məhsul əkininə başlandığını bildirir. Argentinada isə bütün Cənub qurşağı ölkələrində olduğu kimi, əksinə yay fəsli başa çatır, payız gəlir, günlər qısalmağa başlayır və ən əsası, insanlar yay fəslində becərdikləri məhsulu toplayaraq qış azuqəsini tədarük edirlər...

Novruzda bütün küsülülər barışır, evlərdə bayram süfrələri açılır, hamı bir-birinə qonaq gedir, istəyənlər papaq atır, qapıpusduya çıxır və sair, eynilə Argentinada da Vendimia Festivalında ailənin birləşməsi, bir araya gəlməsi vacib sayılır. Həmin gün qonaq qəbul etmək istəyənlər qapılarını açıq qoyurlar. Qonaqları evin böyük oğlu, ya da ev sahibinin qardaşı oğlu qəbul edir. Orada əllərini yumaq üçün qızılgül suyu təklif edilir, çay süfrəsi açılır. Görüşdə “köhnə il”in son günündə bir-birlərilərinə su səpirlər ki, insanı ağırlaşdıran dərdləri təmizləyib yeni ilə dərddən arınmış başlasınlar.
Bu arada, Novruz bayramında da insanlar qaladıqları tonqaldan atılırlar ki, ağırlıqları-uğurluqları, azar-bezarları alovda yansın, yeni ilə sağlam, qəmsiz-kədərsiz qədəm bassınlar...

Ümumiyyətlə, insanlar festival zamanı çoxsaylı xüsusi proqramlarda, şərab hazırlığı tədbirlərində iştirak edə bilərlər. Bu festivalda iştirakçıları konsertlər, paradlar, atəşfəşanlıq və dırmaşma fəaliyyətləri, karnavala bənzər bayramlar və daha çox şey gözləyir. Mendozanın Yunan Teatrında mamont tamaşası, yüzlərlə rəqqas və aktyorun şousu, Milli Üzüm Məhsulu Kraliçasının tacqoyma mərasimi və bağlanış atəşfəşanlığı Cənubi Amerika turunuzun unudulmaz hissəsinə çevrilir.