Avropa İttifaqı və Ədliyyə Nazirliyi ilk mediatorları təltif edib  

16:16 22.09.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası tərəfindən ilk 49 mediatorun sertifikatlaşdırılmasına dəstək göstərib.

Hafta.az yazır ki, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Mübahisələrin Alternativ Həlli və əhaliyə hüquqi yardım göstərilməsi” layihəsi çərçivəsində mediasiya fəaliyyətinin təmin edilməsi ilə əlaqədar müvafiq tədbirlər görülməkdədir.

Mediatorların ilkin hazırlığı üzrə təlimlər bu ilin may-avqust aylarında, hər bir qrup üçün 52 saat müddətində keçirilib. Təlimlərə cəlb edilən 60 nəfərdən 49 nəfər təlimləri uğurla başa vurmuş və müvafiq komissiya qarşısında imtahanı müvəffəqiyyətlə keçib.

Tədbir zamanı Avropa İttifaqının Azərbaycandakı səfiri Kestutis Yankauskas və Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən Elçin Xələfovun çıxış edib, gələcək mediatorlara fəaliyyətlərində uğurlar arzulayıb.

Növbəti addımlar olaraq, Avropa İttifaqının maliyyə dəstəyi ilə müraciət etmiş digər namizədlərin təlimlərə cəlb edilməsi, respublikanın bütün regionlarında mediasiyanın inkişafının dəstəklənməsi və mediasiyanın təbliğatı nəzərdə tutulur.