Avroviziya təmsilçilərimiz səhnə məşqlərinə başladılar - FOTO 

17:10 01.05.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanı Avroviziyada təmsil edən TuralTuranX qardaşları səhnə məşqlərinə başlayıblar.

 

Bu barədə hafta.az-a İTV-dən məlmat verilib.

 

Bildirilib ki, təmsilçilər Tural və Turan əkiz qardaşları - TuralTuranX artıq müsabiqənin keçirildiyi Liverpul şəhərindədirlər. Əkizlər mayın 9-da 1-ci yarımfinalda çıxış etmək üçün səhnə məşqlərinə başlayıblar.

 

Xatırladaq ki, onlar 12-ci nömrə altında səhnəyə çıxacaqlar. Müsabiqə İctimai Televiziyanın canlı yayımında təqdim olunacaq.

 

Qeyd edək ki, Avroviziyanın yeni qaydalarına əsasən, müsabiqədə iştirak etməyən ölkələr də bu il səsverməyə qatıla biləcəklər.