Azərbaycan XİN Misirə başsağlığı verib

20:30 15.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xarici İşlər Nazirliyi Əbu-Sefein Kopt Kilsəsində baş vermiş yanğın nəticəsində həlak olanlarla bağlı Misir hökumətinə başsağlığı verib.

Hafta.az xəbər verir ki, bu barədə Azərbaycan XİN rəsmi Tvitter hesabında paylaşım edib.

  "Misirdə Qahirədə Əbu-Sefein Kopt Kilsəsində baş verən yanğın nəticəsində çox sayda insanın həlak olması ilə bağlı dərin hüznlə başsağlığı veririk. Yaralılara tezliklə şəfa diləyirik" - deyə paylaşımda qeyd edilib.

Oxunma sayı 117
Siyasət rubrikasından digər xəbərlər