Azərbaycanda koronavirusa 19 yoluxma halı qeydə alınıb

17:29 13.03.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycanda koronavirus pandemiyasına (COVID-19) yoluxanların sayı 19 nəfərdir”.

Hafta.az-ın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyində koronavirus pandemiyasına (COVID-19) qarşı Azərbaycan hökumətinə cavab və hazırlıq tədbirləri ilə bağlı dəstək göstərmək üçün gəlmiş missiyanın yekunlarına dair keçirilən mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva bildirib.

O qeyd edib ki, onlardan üç nəfəri sağalıb:

“Onlar İran və İtaliyadan gələn şəxslərdir”.

O bildirib ki, hazırda aşkarlanan hallar başqa ölkələrlə əlaqədar olub. Bu şəxslər karantinə alındıqdan sonra xəstəlik aşkarlanıb.