İdxal olunmuş çörək qırıntıları məhsulunda uyğunsuzluq aşkarlanıb

21:55 27.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Nəzarət tədbirləri çərçivəsində “Premium Food Baku” MMC tərəfindən Çindən idxal olunan, "Yantai Yuji Foodstuff Co." müəssisəsinin istehsalı olan ümumi çəkisi 2 ton təşkil edən çörək qırıntıları (panko) məhsulundan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən nümunələr götürülərək müayinələrə cəlb edilib.

Hafta.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Laborator müayinələrin nəticələrinə əsasən, məhsulda kif və maya göbələkləri üzrə uyğunsuzluq aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq məhsul partiyası məhv edilib.