Yazını böyüt
Yazını kiçilt
Azərbaycanda yerli vətəndaşlar arasında lokal xəstəliyə yoluxanlar yoxdur. Bu, yaxşı haldır.
Hafta.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün keçirilən brifinqdə Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədli deyib.
Onun sözlərinə görə, indiyədək xəstələnənlər arasında 3 nəfər sağalıb:
“Hazırda 15 nəfər koronavirus xəstəsi var. Onlar arasında vəziyyəti getdikcə yaxşılaşanlar var. Bir nəfər dünyasını dəyişib, amma o da koronavirusdan ölməyib”.