Azərbaycanda zəlzələ olub

09:14 09.03.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın cənub bölgəsində baş verən zəlzələ Yardımlı və Lerikdə hiss edilib.

Hafta.az-ın məlumatına görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, Yardımlı stansiyasından 11 km cənub-qərbdə, Lerik rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ episentirdə 4, Lerik, Yardımlı və digər rayonlarda 3-4 bala qədər hiss olunub.