Azərbaycanın Yaponiya və Çexiyada yeni səfirləri təyin olunub

13:57 12.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gürsel Qüdrət oğlu İsmayılzadə Azərbaycan Respublikasının Yaponiyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Prezident İlham Əliyevin digər sərəncamı ilə Adış Sakit oğlu Məmmədov Azərbaycan Respublikasının Çex Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.