Bakıda Braziliya Film Festivalı başa çatıb

15:24 06.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Nizami Kino Mərkəzində 5 gün davam edən Braziliya Film Festivalı başa çatıb.

Hafta.az xəbər verir ki, Azərbaycan Mədəniyyət Nazirliyi və Braziliya Federativ Respublikasının ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə reallaşan festivalın proqramına 4 bədii, 1 sənədli film daxil edilmişdi.

Qeyd edək ki, Braziliya Film Festivalı Azərbaycan Respublikası ilə Braziliya Federativ Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibətilə təşkil olunub.