Yazını böyüt
Yazını kiçilt
Daxili İşlər Nazirliyi İmişlidəki dəhşətli qəza barədə məlumat yayıb.
Hafta.az xəbər verir ki. nazirliyin məlumatına görə, sentyabrın 9-da gecə saat 1 radələrində İmişli rayonunun Əliqulular kəndi ərazisində Bakı şəhər sakini İlqar Şamxalov idarə etdiyi “Opel Vectra” markalı avtomobili yolun kənarındakı su kanalına (kollektora) aşırıb.
Nəticədə sürücü İlqar Şamxalov və sərnişinləri - qardaşı Etibar, onun arvadı Mərziyyə, oğlu Elnur və onun arvadı Afət Kərimova suda boğulublar.
Avtomobil kanaldan çıxarılıb. İmişli RPŞ tərəfindən araşdırma aparılır.