Bu ərazidə qaz olmayacaq

10:00 29.12.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qaradağ rayonu, Ələt qəsəbəsində yeni çəkilmiş ortatəzyiqli qaz xəttinin mövcud mənbəyə birləşdirilməsi ilə əlaqədar olaraq, dekabrın 29-da saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Bu barədə hafta.az Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

Bildirilib ki, alternativ mənbədən istehlakçıların qaz təchizatı təmin ediləcək.

Lakin alternativ mənbənin təmin edilməməsi halında, Qaradağ rayonu, Qobustan və Ələt qəsəbələri, Kötəl və Şıxlar yaşayış massivlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.