Yazını böyüt
Yazını kiçilt
Bu gün Bakıda növbəti dezinfeksiya işləri aparılıb.
Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə, bu gün Bakı Şəhər İcra Hakimiyyətinin strukturlarının tərəfindən paytaxtdakı əsas küçə və prospektlərdə, həmçinin qəsəbələrdə kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və Daxili İşlər Nazirliyinin 20 ədəd xüsusi təyinatlı avtonəqliyyat vasitələrinin köməyi ilə artıq 11-ci dəfə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri zamanı ümumilikdə 551 küçədə dezinfeksiya işləri görülüb.
Görülən bu işlər Bakı şəhərində sakinlərimizin həyatının təhlükəsizliyinə yönəldilən tədbirlərin bir hissəsi olaraq davam etdiriləcəkdir.