Kəngərli və Papravənd kəndləri istiqamətlərindəki yanğınlar söndürüldü

12:04 27.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağdam rayonunun Kəngərli və Papravənd kəndləri istiqamətlərində açıq sahələrdə baş verən yanğınlar ərazilərin minalanmış və havanın küləkli olmasına baxmayaraq söndürülüb.

Bu barədə Hafta.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sözügedən ərazilərdə baş verən yanğınlar ərazilərin minalanmış və havanın küləkli olmasına baxmayaraq, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən söndürülüb.