Cəlilabadda ev yandı

18:00 01.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Cəlilabadda ev yanıb.

Hafta.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Cəlilabad rayonunun Soyuqbulaq kəndində ümumi sahəsi 96 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb.

 

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxunma sayı 173