Möhtərəm cənab Prezident.
Hazırda dünya ölkələri koronavirus pandemiyasının yaratdığı dərin böhranla üz-üzə qalmışdır. Hətta ən çox inkişaf etmiş ölkələr belə yaranmış çətinliklərdən çıxış yolu tapmırlar. Belə bir şəraitdə COVID-19 infeksiyasının ölkəmizdə zərərlərinin minimuma endirilməsi üçün gördüyünüz tədbirlər Sizin Azərbaycan vətəndaşlarına göstərdiyiniz qayğının təzahürüdür.
Siz həmişə Azərbaycan vətəndaşının sağlam və xoşbəxt yaşaması barədə düşünürsünüz. İndiki çətin vəziyyətdə də xalqımızın sağlamlığının qorunması üçün atılan addımlar, həmçinin həssas təbəqələrə genişmiqyaslı sosial dəstək tədbirləri cəmiyyətimizin sağlam gələcəyi üçündür.
Müdrik və uzaqgörən siyasətiniz sayəsində hazırda ölkəmizdə pandemiyanın təsirinin azaldılması və miqyasının məhdudlaşdırılması, iqtisadiyyata dəyən zərərin minimuma endirilməsi istiqamətində böyük işlər görülür. Bu çətin günlərdə ölkəmiz üçün vacib sahələrin inkişafdan geri qalmamasına maksimum nail olursunuz. Qusar ictimaiyyəti əmindir ki, xalq və iqtidar birliyi və Sizin həyata keçirdiyiniz tədbirlər sayəsində biz bu ağır günlərdən də qalib çıxacağıq.
Cənab Prezident, hər bir vətəndaşın qayğısına qalaraq ölkəmizin inkişafı, xalqımızın rifahı üçün çalışdığınıza görə Sizə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk .
Hörmətlə,
Qusar Suvarma Sistemləri İdarəsinin kollektivi adından
Əzizov Məzahir
Azərbaycan Respublikası, Qusar rayonu.