Daha 309 mina aşkarlanıb - ANAMA

10:46 29.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik olan məlumatı açıqlayıb.

ANAMA-dan hafta.az-a bildirilib ki, avqustun 22-dən 27-nə qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 240 piyada əleyhinə mina, 69 tank əleyhinə mina və 81 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 731 hektar ərazi mina və PHS-lərdən təmizlənib.