Danimarkanın ən diqqət çəkən yerlərindən olan Kopenhagendəki Kiçik Su pərisi heykəlinin üzərinə rəngli boya ilə Rusiya bayrağı həkk olunub.
Hafta.az-ın "The Guardian"a istinadən yazdığına görə, Hans Kristian Andersenin qayanın üzərində dayanan nağıl qəhrəmanının heykəlinə vandal hücum gecə saatlarında baş verib.
Kopenhagen polisi hadisə yerinə getdiklərini və izlərin tapılması üçün ərazidə araşdırmalar aparıldığını bildirib. Ukraynadakı müharibədə Moskvaya dəstək əlaməti kimi qiymətləndirilən əməllə bağlı istintaq aparılır.
Qeyd edək ki, Danimarka yazıçısı Andersenin 1837-ci ildə eyniadlı nağılındakı personajdan ilhamlanan Kiçik Su pərisi heykəltəraş Edvard Eriksenin hazırladığı 175 kiloqram ağırlığında heykəldir.
Kopenhagenin nisbətən sakit Langelinie limanında oturan heykəl dəfələrlə vandalizmə məruz qalıb. Su pərisinin başı 1964-cü ildə oğurlanıb, 1984-cü ildə isə qolu kəsilib. 1998-ci ildə vandallar onun başını yenidən götürüblər, lakin sonradan - 2003-cü ildə heykəl partladılmamışdan əvvəl geri qaytarılıb.
Heykəlin üstü dəfələrlə yazılıb və rənglənib, ən son isə 2020-ci ildə üzərinə “irqçi balıq” sözü yazılıb.