Dekabr ayının sosial ödənişləri tam ödənilib

10:12 27.12.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dekabr ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları da bu gün tam ödənilib.

Dövlət Sosial Müdafiə Fondundan hafta.az-a verilən xəbərə görə, bundan əvvəl, dekabrın 10-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, dekabrın 24-də bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin dekabr ayının pensiya ödənişləri həyata keçirilib.

Beləliklə, bu ay üzrə bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişi yekunlaşıb.