Dövlət orqanlarında vakant vəzifələr üzrə müsahibələrdə 299 nəfər uğur qazanıb

17:20 29.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Əlli iki dövlət orqanında mövcud olan 282 vakant vəzifə üzrə (B növü) iyunun 13-dən başlanan müsabiqənin müsahibə mərhələsi davam edir.

Dövlət İmtahan Mərkəzindən hafta.az-a bildirilib ki, elana çıxarılan vəzifələr üzrə 4223 nəfər müraciət edib. Bu gün saat 15:45-dək olan məlumata görə, 299 namizəd müsahibələrdə uğur qazanaraq dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.

Müsabiqənin müsahibə mərhələsi oktyabrın 14-də başa çatacaq.